“Bir-birimizi iblisləşdirməyi dayandırmalıyıq” – Karen Şahnazarovbackend

“Bir-birimizi iblisləşdirməyi dayandırmalıyıq” - Karen Şahnazarov

“Ermənistan və Azərbaycan, ilk növbədə, iqtisadi və ticarət əlaqələrini qurmaq, münasibətləri normallaşdırmaq üçün imkanlar, güzəştlər tapmalıdırlar, çünki hər iki ölkənin daim müharibə vəziyyətində olması qeyri-mümkündür. Bu, tərəflərin inkişafına mənfi təsir göstərir. İndi Azərbaycan daha yaxşı vəziyyətdədir, lakin ideal vəziyyətdə deyil. Ermənistan isə ümumiyyətlə, bloklanıb. Buna görə də Bəyanatın İlham Əliyev və Nikol Paşinyana şərəf gətirən mühüm bir hadisə olduğuna inanıram. Çünki çətin vəziyyəti müzakirə etmək üçün özlərində güc tapdılar, xüsusilə Ermənistan üçün…

Biz Vladimir Putinə minnətdar olmalıyıq. Çünki onun iştirakı olmadan münaqişənin həllinə nail olmaq çətin olardı. Bu addımı son dərəcə müsbət qiymətləndirirəm”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “Mosfilm” Konserninin rəhbəri Karen Şahnazarov “Moskva-Baku.ru”ya müsahibəsində deyib.

Karen Şahnazarov əlavə edib ki, “Atəşkəsdən cəmi iki ay sonra belə bir Bəyanat imzalanıb. İki respublika arasındakı münasibətləri yaxşılaşdırmaqdan başqa çıxış yolu görmürəm. Bəyanat perspektivdir, bu münaqişə həll olunmalıdır. İki qonşu dövlət  “nə Marsa, nə də Aya uçmayacaq”, xalqlar inkişaf etmək istəsələr, əməkdaşlıq edəcəklər. Aydındır ki, müharibə erməniləri və azərbaycanlıları daha da böldü. Buna görə uzun illərdən bəri rədd cavabı alındı.

Bu səbəbdən həm Azərbaycanda, həm də Ermənistanda döyüşçü ritorikasını azaltmaq üçün ən doğru addım atıldı. Bir-birimizi iblisləşdirməyi dayandırmalı və əməkdaşlıq üçün imkanlar tapacaq yeni nəsillər yetişdirməliyik. Axı ermənilər və azərbaycanlılar əsrlər boyu yan-yana yaşayırdılar, hətta eyni ölkənin – SSRİ-nin daxilində. Nəticədə zaman hər şeyi yaxşılaşdırır. Dostluq yaratmaq üçün ola biləcək ən yaxşı addım ticarət əməkdaşlığıdır. İqtisadi əlaqələr münasibətləri hər şeydən daha sürətli düzəldəcəkdir. Hər iki xalq enerjilidir, ticari təşəbbüskarlığı var. Mən bütün qarşılıqlı addımları alqışlayıram”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*