Bir milyon video silindi – “YouTube”backend

Bir milyon video silindi – “YouTube”

“YouTube” şirkətində çalışan menecer Neal Mohan koronavirus pandemiyası ilə əlaqədar yayılan yalan məlumatları əks etdirən bir milyon videonun platformadan silindiyini açıqlayıb.

KONKRET.az xarici KİV-ə istinadən bildirir ki, hər yarımildə adı çəkilən platformadan 10 milyondan çox video silinir.

Menecer 2020-ci ildə koronavirusla bağlı “YouTube”da yalan məlumatları əks etdirən videoların həddindən artıq çox olduğunu qeyd edib.

Bundan əlavə, o, yeni üsullar üzərində də çalışdıqlarını və yalan məlumatların platformadan daha tez çıxarılması üzərində işlədiklərini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*