“Bir qismi qəzalarda, davalarda ölür, oğlanların qızlardan çox olması normaldır” – Sosioloqbackend

"Bir qismi qəzalarda, davalarda ölür, oğlanların qızlardan çox olması normaldır" - Sosioloq

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2024-cü ilin iyun ayının 1-i əhalinin sayı 10 milyon 200 min 13 nəfərə çatıb. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Maraqlıdır, kişilərə nisbətdə qadınların çox olması qarşıdakı zamanda hər hansı problemə səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, qadınların sayının kişilərə nisbətdə çox olmasının heç bir problemi yoxdur:

“Əksinə belə olması daha yaxşıdır. Mən istəyərdim ki, 1000 kişiyə daha çox qadın düşsün. Göstərilən statistikada azyaşlı qızlar və oğlanlar da yer alır. Oğlanların bir hissəsi yaşı 18-i keçəndə, orta məktəbi bitirəndə ölkədən çıxırlar. Cavan oğlanların bir qismi isə qızlara nisbətdə daha çoxu yol qəzalarında, müharibədə, dava-dalaşda ölür”.

O bildirib ki, Azərbaycanın əsas problemi qızların daha çox abort edilməsidir ki, bu daha çox təhlükə yaradır:

“Çünki valideynlər qız övladlarını hələ ana bətnində öldürürlər ki, oğul uşaqları olsun. Çoxları qışqır-bağır salır ki, bu demoqrafik cəhətdən təhlükəlidir. Əslində bu belə deyil. Burada əsas təhlükə mənəvi cəhətdədir. Əgər bir valideyn öz doğma övladını hələ doğulmamış öldürürsə, o mənəvi sarsıntı keçirir, onda neqativ yüklənmə olur. Bu da qarşıdakı vaxtda cəmiyyətə ötürülür. Bu isə daha böyük problemdir”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*