Bir qrup namizəd MSK-nın önündə aksiya keçirdi – Pənahov polisə müraciət etdibackend

Bir qrup namizəd MSK-nın önündə aksiya keçirdi - Pənahov polisə müraciət etdi

Bu gün səhər saatlardan bir neçə dairə üzrə namizədlər MSK-nın binası önündə aksiya keçirib.

KONKRET.az xəbər verir ki, həmin şəxslər namizəd olduğu dairələrin ləğvini tələb edib.

MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bu məsələyə toxunub. O deyib: “Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”. Həmçinin bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır: “Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*