“Bir sözlə, Pelosi deyir, əlinizlə başınızı yeyəcəksiniz, biz də həmişə sizi dəstəkləyəcəyik” – Vardanyanbackend

"Bir sözlə, Pelosi deyir, əlinizlə başınızı yeyəcəksiniz, biz də həmişə sizi dəstəkləyəcəyik" - Vardanyan

“Bir sözlə, deyir, əlinizlə başınızı yeyəcəksiniz, biz də həmişə demokratik prinsipləri dəstəkləyəcəyik”.

KONKRET.az xəbər verir ki, bu barədə Ara Vardanyan öz Facebook səhifəsində yazıb. O, Nensi Pelosinin İrəvandakı bəyanatını şərh edib.

“Nensi Pelosinin dediklərini qısaca deyim:

1. Biz sizə heç nə verməyəcəyik.

2. Azərbaycanı cəzalandırmayacağıq (yüngülcə qınayacağıq və bu qədər).

3. Rusiyadan qurtulmaq istəyinizi alqışlayırıq.

4. Biz dəhlizin əleyhinə deyilik.

Maraqlıdır ki, Pelosi hətta onların əməliyyatların dayandırılmasında əlaqələrinin olduğuna işarə belə etmədi, Ermənistan-Rusiya parlament qrupunun sədri Alen isə müharibəni dayandıranın ABŞ olduğunu deyir.

Qalanını, demokratiya və digər bu kimi cəfəngiyatları bilirsiniz.

Bir sözlə, deyir ki, əlinizlə başınızı yeyəcəksiniz, biz də həmişə demokratik prinsipləri dəstəkləyəcəyik.

Təbii ki, bunda rusların da günahı var”,- deyə Vardanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*