Bir tondan çox narkotik müsadirə edildi – VİDEObackend

Bir tondan çox narkotik müsadirə edildi - VİDEO

Türkiyənin hüquq-mühafizə orqanları ölkənin 46 vilayətində narkotik istehsalçılarına və satanlara qarşı “Narkogüç-42” adlı əməliyyat keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib.

“Əməliyyat nəticəsində 1 ton 340 kiloqram narkotik maddə müsadirə edilib, narkotik vasitələrin istehsalı və satışında şübhəli bilinən 364 nəfər saxlanılıb”, – deyə Yerlikaya bildirib.

Qeyd edək ki, əməliyyatda 332 komanda, 1375 şəxsi heyət, bir təyyarə və doqquz it iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*