Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin və yaxın ətrafının qanunsuz əməlləri haqqında zaman-zaman yerli mediada müxtəlif məlumatlar dərc olunub. Lakin “boz kardinal” ləqəbli Mehdiyev vəzifəsindən yararlanaraq onun əməllərini ifşa edən media qurumlarını və onların rəhbərlərini müxtəlif vasitələrlə “məhv etməyə” cəhd göstərib.
Bir vaxtlar yaydığı ifşaedici səs yazısı səbəbindən AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən ölümlə hədələnən “Demokrat.az” saytının baş redaktoru Vasif Həsənli AMEA rəhbərinin istefa tələbi ilə bağlı KONKRET.az-a açıqlama verib. O bildirib ki, həddən artıq yaşlı və AMEA-nı idarə etmək qabiliyyətində olmayan Ramiz Mehdiyev mütləq istefaya getməlidir. Çünki Mehdiyev alim və akademikləri, AMEA-nın digər vicdanlı işçilərini incidir və onların gələcək ümidlərini məhv edir. Bu səbəbdən, Ramiz Mehdiyev özünü daha da gözdən salmadan istefa verməli, gedib nəvə-nəticələri ilə vaxt keçirməlidir.
Vasif Həsənli əlavə edib ki, Mehdiyev öz iyrənc idarəetmə sistemi ilə Azərbaycan elminə çox böyük zərbə vurur, inkişafı əngəlləyir və yeniliyin qarşısını alıır: “Ramiz Mehdiyev elm adamlarının, ziyalıların və cəmiyyətin ona qarşı neqativ münasibətindən nəticə çıxarmalı və istefa verməlidir” – deyə baş redaktor fikirlərini tamamlayıb.
Xatırladaq ki, son vaxtlar AMEA rəhbərinin akademiklərə qarşı kəskin münasibəti və onları işdən kənarlaşdırması, eləcə də elm məbədini acınacaqlı hala salması cəmiyyətin müxtəlif təbəqələri tərəfindən etirazla qarşılanır və bir çox ziyalılar onun istefasını tələb edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
