Birinci Kanalın keçmiş əməkdaşı dövlət mükafatlarından İMTİNA ETDİ – FOTObackend

Birinci Kanalın keçmiş əməkdaşı dövlət mükafatlarından İMTİNA ETDİ - FOTO

Birinci Kanalın keçmiş teleaparıcısı Janna Ağalakova dövlət mükafatlarından imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Janna Ağalakova sosial şəbəkədə yazıb.

Janna Ağalakova 20 il Birinci Kanalda işləyən tanınmış jurnalist və teleaparıcıdır.

Ukraynada müharibə başlayandan sonra o, istefa verib. İndi isə dövlət mükafatlarından imtina etmək qərarına gəlib. Söhbət Ağalakovanın 2006-cı ildə aldığı “Vətənə xidmətə görə” II dərəcəli medalı və 2018-ci ildə təltif olunduğu “Dostluq” ordenindən gedir.

Ağalakovanın sosial şəbəkələrdəki mesajına görə, o, mükafatları Kremlə poçtla göndərib və ona aşağıdakı mətni olan açıqca əlavə edib:

“Beləliklə, bağlamaya yazdım: Moskva. Kreml. Putin.

Cənab Prezident, Sizin rəhbərliyiniz ölkəni uçuruma aparır. Mən sizin mükafatlarınızı qəbuledilməz hesab edirəm.

Janna Ağalakova”.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*