Birinci Qarabağ müharibəsi vaxtı  tam blokadada olan Ermənistanı İran bu yolla xilas edib – ŞOK DETALLARbackend

Birinci Qarabağ müharibəsi vaxtı tam blokadada olan Ermənistanı İran bu yolla xilas edib – ŞOK DETALLAR

“Sağ xətt boyunca irəliləyən Gorus-Qafan yolu, dövlətlərarası M2 yoludur. Yolun əhəmiyyəti odur ki, birinci Qarabağ müharibəsi dövründə Ermənistan tam blokada vəziyyətinə salındıqdan sonra İran onu bu yol vasitəsilə xilas edə bilib”.

Bu barədə KONKRET.az-a açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib.  O bildirib ki, qarşıdan qış gəlir və bu yol Ermənistanın enerji təchizatında qan damarı rolunu oynamaqdadır: “İran-Ermənistan ticarət dövrisyyəsi illik 400 milyon dollar civarındadır. Bu malların 18 faizi təbii qazdan gələn gəlirdir. Vəziyyətdən çıxmaq üçün Ermənistan hakimiyyəti Gorus – Qafan yoluna alternativ sayılan 68 km-lik yolun çəkilişinə start verib. Lakin proses o qədər ləng gedir ki, başa çatacağına ümid qalmayıb”.

Sosial Tədqiqatlar Mərkəzinin bu il üçün əsas hədəfləri hansılardır? -  Açıqlama | Hafta.az

Əziz Əlibəylinin sözlərinə görə, yolun 6 kilomterlik hissəsində de-fakto TIR-lar hərəkət edən deyil: “Ən maraqlısı odur ki, Ermənistanın üç əsas beynəlxalq yolu var: üçü də bizim nəzarətimizə düşür. Biri bu yoldur! Digəri Gürcüstanla əsas əlaqə yoludur ki, Qazaxın hazırda işğal altında olan kəndlərindən keçir! Sonuncu yol isə Mehri- İrəvan yoludur ki, o da Naxçıvanın işğal altında olan Kərki kəndindən keçir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*