backend

"Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin şərtimiz var" - Danielyan SƏRSƏMLƏDİ

“Müxtəlif ölkələrin nümayəndələrinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin iştirakı olmadan delimitasiya və demarkasiya prosesindən danışmaq mənasızdır”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ədliyyə naziri Gevorq Danielyan fikir səsləndirib:

“Ermənistan hakimiyyəti siyasi hiylə işlədir. Onların guya Qarabağ məsələsinə heç bir aidiyyəti yoxdur. Əslində isə bu məsələni ən pis şəkildə həll edirlər. Biz ərazi bütövlüyündən danışanda və heç bir şərt qoymayanda Azərbaycan Dağlıq Qarabağı tanımağımızı gözləyir”, – Danielyan vurğulayıb.

O qeyd edib ki, Ermənistan artıq bir neçə sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Həmin Alma-Ata Bəyannaməsində bir-birinin ərazi bütövlüyünün tanınması və hörmət edilməsi, eləcə də mövcud sərhədlərin toxunulmazlığı haqqında müddəa yalnız öz müqəddəratını təyin etmək hüququ haqqında sözlərdən sonra gəlir: “Ermənistanın ərazi bütövlüyünün tanınması özlüyündə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququndan imtinası demək deyil. Bəli, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, lakin hələ də şərtlər qüvvədə saxlanılır. Biz bu cür bəyan edə bilərik”.

“Biz müstəqil dövlət kimi tanınırıqsa, bu o demək deyil ki, Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab edirik və ya hesab edəcəyik”, – Danielyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*