“Biz batdıq, balalar batmasın…” – Hər şeyi malalayırıq – Bəs sonra?backend

"Biz batdıq, balalar batmasın..." - Hər şeyi malalayırıq - Bəs sonra?

Jalə Mütəllimova-Seyidli

Bir zamanlar, əyalətlərdə belə gənclərin asudə vaxtı üçün imkanlar var idi. Dərnəklər, mədəniyyət evləri, konsert zalları, yay, qış kinoklubları, istirahət parkları, kitabxanalar, sanballı musiqi məktəbləri, sənət məktəbləri. Məhşurların hamısı əyalətə gedirdi, dövlət konsertinə.

Bunların hamısını gənclər dövlətdə, böyük şəhərlərlə birgə əyalətdə də pis vərdişlərə öyrənməsin deyə edilirdi. Boş vaxt qalmırdı.

Və bunların hər biri sağlam nəsil yetişdirmək üçün idi. Yəni gənclərin yetişdirilməsi üçün ideoloji təbliğatın, təsirin qolları idi. Nooldu? Heç nə… sistemin necə deyərlər, anasını ağlatdılar. Kimlər? Rüşvətxor və korrupsionerlər. İndi həmin boşluqlarda oturanları sadalayım sizə…

– Narkot alveri və istifadəsi

– Dini şovinizm

– Feminizmin xüsusi düşünülmüş Azərbaycan formatı

LGBT aktivliyi

– Sosial problemlər

– İşsizlik

– Fərqli dini təriqətlər

Hamısı düzgün olmayan həyat tərzinə, psixoloji anamiya aparır. Şəxsiyyət natamamlığına gətirir. Ölkədə vətəndaş, insan yetişdirə bilmirik. Özünü tapa bilməyən gənclər intihar edir. Bu ailələrdən çox ölkənin probleminin ilkin SOS siqnallarıdır.

Cənablar, sizlər nə zaman psixoloqlar, sosioloqlar, media ilə işbirliyinə gedib, bu mövzuları araşdıracaqsınız?! Nə zaman pul kisələrindən başlar qalxacaq?!

Qardaşlar, Ziya, Əli, Ramiz, Əbülfəs, Kamal, Qorxmaz, Eldar, Zakir, Oqtay, nə bilim lap elə olsun Həsəndadaş…xülasə onlar indi yeməyib ha ölkəni, illərdir göz qabağında yeyiblər. Mətbuatı da heç yerinə alan olmayıb. İndi hamı ayılıb ki, almaq lazım imiş. Alınsaydı, bu günə qalmazdı kimsə. Nə ölkə, nə mətbuat, nə xalq… Amma almadılar və qaldıq. İndi də bəzi efirlər və saytlar, nəhəng dediyimiz konkret imzalar hər şeyi malalayır. Olmaz! Gözəl bir otağa bahalı xalı salıb, altını zibillə doldurmaq olmaz. Bu bizə nə verdi, indiki günümüzü?!.

Biz vətən müharibəsinin qalibiyyət sevincini də sağlam vətəndaş, insan olaraq doyasıya yaşaya bilmirik. Və indi yuxarıda sadaladığım o “həsəndadaşların” atasını da odlasanız, pul verəsi deyillər. Versələr də, qəpik-quruş, vəssalam. Odur ki, qadanız alım, gəlin iş görək. Bizə heyiflər olsun, bizim nəsil adamlar batdı məmləkətdə, mənən də, maddi də. Barı ölkə və balalar batmasın. Barı bu psixozun qarşısını ala bilək. Barı milli qeyrətimizi xatırlayaq, ona qayıdaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*