“Biz Ermənistan hakimiyyətinə xəritəni İrəvanın özündə təqdim edə bilərik” – Paşinyana SƏRT CAVABbackend

“Biz Ermənistan hakimiyyətinə xəritəni İrəvanın özündə təqdim edə bilərik” – Paşinyana SƏRT CAVAB

Paşinyan İlham Əliyevə xahişlə müraciət edərək Bakının tanıdığı Ermənistanın xəritəsini göstərməsini istəyib. Onun bu sərsəm fikirləri yenidən gülüş hədəfinə çevrilib və birmənalı qarşılanmayıb. Bəs görəsən Paşinyan hansı xəritəni nəzərdə tutur? Ümumiyyətlə Ermənistan Baş naziri belə bir xahişlə nə demək istəyir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirib ki, dövlətlər müstəqilliklərini elan edərkən mövcud sərhədləri daxilində BMT və təşkilata üzv ölkələr tərəfindən tanınırlar: “Eyni zamanda Paşinyan tez-tez MDB haqqında müqaviləni də misal göstərir və onların Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd edir. Əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırdılarsa, o zaman torpaqlarımızı 30 ilə yaxın müddət ərzində niyə işğalda saxlayırdılar? Və onlar hansı xəritə əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyırdılar? Ortaya adekvat suallar çıxır. Paşinyanın belə sərsəm bəyanatlarına təbii ki, biz vərdiş etmişik. Hansı sərhədlər çərçivəsində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımasından söhbət gedir? Əsas məsələ budur. İndiki şəraitdə İrəvanın atdığı addım Bakının irəli sürdüyü 5 prinsip əsasında öz mövqeyini ifadə etməsidir. Yəni gizlində “mən razıyam” deyərək sonradan rəzil bəyanatlar verməklə iş bitmir”.

Elçin Mirzəbəyli: Azərbaycan diasporunun formalaşması prosesinin təməlində  Ümummilli Liderin azərbaycançılıq məfkurəsi dayanır - AZƏRTAC

Politoloq əlavə edib ki, Ermənistan Azərbaycanı hansı sərhədləri çərçivəsində tanıdığını bildirməlidir: “Çünki biz yox, onlar bizə qarşı ərazi iddaları ilə çıxış ediblər və torpaqlarımızı işğal altında saxlayıblar. Əslində mahiyyət bundan ibarətdir. Sadəcə olaraq Paşinyan beynəlxalq ictimaiyyətin diqqətini yanlış istiqamətə yönəltmək istəyir. Guya biz özümüzün müəyyənləşdirdiyimiz xəritələrdən yararlanaraq Ermənistana qarşı ərazi iddiaları ilə çıxış edirik. Xəritlərə gəldikdə isə bunlar dünyanın müxtəlif arxivlərində saxlanılır. Onların arasında Cümhuriyyət dövrünün Fransanın milli arxivində saxlanılan xəritəsi də var. Yeri gəlmişkən Paşinyanın bu xəritə ilə tanış olmaq imkanı çoxdur. Orada Zəngəzur və digər ərazilərin Azərbaycan torpağı olması haqda reallıqlar əks olunub. Eyni zamanda Azərbaycanın SSRİ-yə daxil olduğu zaman kəsiyində, həmçinin əvvəlki dövrdə mövcud olan xəritələr əlçatandır və bütün internet resurslarında mövcuddur. Düşünürəm ki, bu xəritələr də Ermənistanı qane etməyəcək. Çünki burada da sonradan Sovet hakimiyyəti tərəfindən Ermənistana verilən ərazilər var. Yəni rəsmi İrəvan öz davranışları ilə ona hansı xəritəni tətbiq edəcəyimizi müəyyənləşdirməlidir. Əgər Ermənistan revanşist meyllərini artırsa və ərazi iddialarını davam etdirsə, o zaman günün birində Paşinyana xəritəni biz İrəvanın özündə təqdim edə bilərik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*