“Biz Paşinyanın göstərişini yerinə yetirməyəcəyik və təslim olmayacağıq” – Çauşyan SƏRSƏMLƏDİbackend

“Biz Paşinyanın göstərişini yerinə yetirməyəcəyik və təslim olmayacağıq" – Çauşyan SƏRSƏMLƏDİ

“Biz Nikol Paşinyanın göstərişini yerinə yetirmək fikrində deyilik”.

KONKRET.az xəbər verir ki, bu fikiri  “Armenia Today”ə müsahibəsində Laçının Zabux (ermənilər Ağavno adlandırır – red) kənd icmasının rəhbəri Gevorq Çauşyan səsləndirib. O, Nikol Paşinyanın bu ərazilərin Azərbaycana təhvil veriləcəyi və orada yaşayanların köçürüləcəyi ilə bağlı fikirlərinə münasibət bildirərkən belə deyib.

Çauşyanın sözlərinə görə, Nikol Paşinyanın yanlış xarici siyasətinə görə, ermənilər  öz evlərini tərk etmək fikrində deyillər: “Biz bilmirik Paşinyan türklərlə, yoxsa ruslarla danışıq aparıb. Paşinyan mütəmadi olaraq güzəştə gedən tərəf kimi danışıqlar aparır” – o vurğulayıb.

Erməni icma rəhbəri təslim olmayacaqlarını, lazım gələrsə özünümüdafiəyə də əl atacaqlarını vurğulayıb: “Yol verməklə Xankəndini və digər rayonları öldürürük. Eyni vəziyyət Zəngəzurda da yaşanacaq. Ermənistan liderinin türklər qarşısında əyilməyə haqqı yoxdur”, – deyə Gevorq Çauşyan fikirlərini yekunlaşdırıb.

Doğrudur adi bir kənd icma rəhbərinin açıqlaması ciddi qəbul olunmasa da, bu fikirlər separatçı ermənilərin əsl mahiyyətini ortaya qoyur. Amma Azərbaycan tərəfi nəyin bahasına olursa-olsun Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nail olacaq. Əgər Çauşyanın dediyi kimi separatçılar təslim olmasalar, bu zaman Azərbaycan ordusu antiterror əməliyyatı ilə öz ərazi bütövlüyünü və sərhədlərini təmin etmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi Ermənistanı Qarabağla birləşdirəcək alternativ yolun tikintisindən sonra yaşayış məntəqələri ilə birlikdə Azərbaycana təhvil veriləcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*