“Biz qalib gələcəyik! Lənət olsun sizə!”
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin rəhbəri Sergey Deyneko yazıb. O, Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lappoya müraciət ünvanlayıb.
Deyneko məktubunda Belarusun Rusiyanın hərbi aqressiyasına qoşularaq, Ukraynaya qarşı vuruşmasını, öz ərazisindən və qoşunlarından hərbi əməliyyatlarda istifadə edilməsini Lappoya xatırladıb.
Müraciətin sonunda “Biz qalib gələcəyik! Lənət olsun sizə!!” yazıb.

Xuraman Etibarlı,
KONKRET.az
