Biz Qarabağı azad etdik, digəri isə hələ də “işğal” altındadır… – ƏTRAFLI + FOTObackend

Biz Qarabağı azad etdik, digəri isə hələ də "işğal" altındadır... -  ƏTRAFLI + FOTO

Bir zamanlar Sumqayıt  şəhər gənclərinin ən sevimli məkanlarından biri olan “Qarabağ” kinoteatrı  bu gün miskin və yazıq görkəmi ilə sanki bir xarabalığı xatırladır. Bir zamanlar şəhərin ən müasir mədəniyyət ocağı kimi tikilən bu məkan indi hansısa işbazların qazanc mənbəyinə çevrilib. Bir zamanlar Qarabağımızın acı taleyini Sumqayıtdakı eyni adlı kinoteatr da yaşamalı olub. Bu proses hələ də davam edir.

KONKRET.az xəbər verir ki, cənnət Qarabağımız ermənilərin işğalına məruz qaldığı bir vaxtda mədəniyyət ocağı sayılan “Qarabağ” kinoteatrı da Sumqayıtdakı işbazların “işğalı” ilə üzləşib.

Bir vaxtlar  Dünya Teleradio Şirkətinin (DTV) ofisinə çevrilən “Qarabağ” kinoteatrında uzun müddət  heç bir film göstərilməyib, qapılarını qonaqların üzünə birdəfəlik bağlayıb. Özəlləşdirildikdən sonra isə profili tamamilə dəyişən kinoteatr sanki “yağışdan çıxıb, yağmura düşüb”.

Çayxana, yeməkxana, atelye, videoprokat obyekti, televiziya və daha nələr… Bir sözlə kinoteatrdan başqa hər kateqoriya üzrə fəaliyyət göstərib. Bircə kinoteatra çevrilə bilməyib. Sumqayıt sakinləri isə kinoya yalnız televizordan baxmaqla kifayətlənirlər.

Bu gün ölkəmizdə bütün sahələrə olduğu kimi kinomotoqrafiya sahəsinə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Sumqayıt sakinləri də, mövcud olmuş kinoteatrın avtomobil salonuna,  pivəxanaya,  restorana çevrilməsinə biganə qala bilmirlər. Çünki şəhərdə mədəni istirahəti təşkil etmək üçün belə yerlər olduqca azdır .

Sumqayıt sakinləri ümüd edirlər ki, Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruq” siyasəti nəticəsində öz əbədi azadlığına qovuşan cənnət Qarabağımız  kimi, onun adını daşıyan “Qarabağ” kinoteatrı da “işğal”dan azad olunacaq və təyinatı üzrə  sakinlərə xidmət edəcək.

KONKRET.az

 

Gündəmtv.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*