“Kök olmağım və özümdən 5 yaş kiçik insanla evli olmağım bəzi insanlarda, xüsusilə xanımlarda qıcıq yaradır”.
KONKRET.az xəbər verir ki, bunu aktrisa Xuraman Əlizadə “Elgizlə izlə” verilişində bildirib.
Sosial şəbəkələrdə yazılan tənqidlərdən təngə gələn aktrisa qeyd edib ki, ona paxıllıq edirlər:
“Bəzən şərhləri oxuyuram. Çox baxmıram ki, əsəblərim pozulmasın. Övladıma daha çox zaman ayırıram. Bəzən insanları başa düşmürəm.
35 yaşında, bu çəkidə ailə qurdu, bizi niyə alan yoxdur? Düşünürəm ki, xəbis və paxıl insanlar bu səbəbdən qıcıqlanırlar. Başqa nə ola bilər ki?”
Xatırladaq ki, aktrisa 2016-ci ildə Murad adlı şəxslə ikinci dəfə ailə qurub.
Onun bu nikahdan bir oğlu var.

