“Əfqan administrasiyası məsuliyyətli davranmalıdır. İrana qaçqın axını davam edə bilməz və məsuliyyəti təkcə İrana həvalə etmək olmaz. Bizim imkanlarımız məhduddur”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranda keçirilən həftəlik mətbuat konfransında bildirib.
Xətibzadə İranda əfqan qaçqınlara qarşı pis rəftar iddialarını təkzib edib:
“İran uzun illərdir milyonlarla əfqan qaçqını qəbul edib. Təəssüf ki, bəziləri onlara məhəl qoymur və Əfqanıstanda iranofobiya, İranda isə Əfqanıstan qorxusu yaratmağa çalışır “.
İran-Türkiyə münasibətlərinə toxunan Xətibzadə, “İran-Türkiyə münasibətləri sabitdir və son yüz ildə ən təhlükəsiz və sabit sərhədlər iki ölkə arasındakı sərhədlər olub. Cənab Ərdoğanın səfəri təyin olunmuş vaxtda baş tutacaq” – əlavə edib.
İqbal Rzayev,
KONKRET.az
