“İranın hərəkətləri regionun təhlükəsizliyini təhdid edir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Sameh Şükri ilə Qahirədə keçirilən birgə mətbuat konfransında deyib.
“Birləşmiş Ştatlar və regiondakı bir çox tərəfdaşımız İranı dayandırmaq üçün birgə işləməyi vacib hesab edir”, – o deyib.
Qeyd edək ki, bazar günü Blinken Yaxın Şərq turuna Misirin paytaxtından başlayıb. Səfər zamanı o, Ramallah və Təl-Əviv şəhərlərinə baş çəkəcək.
ABŞ dövlət katibi regionda gərginliyin azaldılmasına kömək edəcək danışıqlar aparmaq niyyətindədir.
İqbal Rzayev,
KONKRET.az
