Bloomberg: “Ankara çətin ki, Stokholmun NATO-ya üzv olmaq ərizəsini təsdiqləsin”backend

Bloomberg: "Ankara çətin ki, Stokholmun NATO-ya üzv olmaq ərizəsini təsdiqləsin"

“İyunun 14-də NATO ilə İsveç arasında keçiriləcək məsləhətləşmələrdə Ankara çətin ki, Stokholmun NATO-ya üzv olmaq ərizəsini təsdiqləsin”.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Yayılan xəbərlərdə deyilir ki, Stokholmun İsveçin terrorla bağlı qanuna iyunun 1-dən qüvvəyə minmiş düzəlişlərinin alyansa qoşulma prosesini sürətləndirməyə kömək edəcəyinə dair ümidlərinə baxmayaraq, Ankara hələlik həmin ölkənin müraciətini təsdiqləməyə hazır deyil.

Bloomberg Agentliyinin qeyd etdiyi kimi, Türkiyə hesab edir ki, İsveç ilk növbədə “anti-Türkiyə etirazlarının qarşısını almaq və ya dağıtmaq üçün terrorla bağlı yeni qanununu tam şəkildə həyata keçirməlidir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Stokholmun NATO-ya daxil olmaq üçün şərtlərin yerinə yetirilməsi istiqamətində irəliləyişi müzakirə etmək üçün iyunun 14-də NATO, Finlandiya və İsveç rəsmilərinin görüşünün keçirilməsi planlarını təsdiqləyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*