Bloomberg: Putin müharibəni dayandırmaq üçün…backend

Bloomberg: Putin müharibəni dayandırmaq üçün...

Putin müharibəni dayandırmaq üçün sərt şərtlər irəli sürür.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin Moskvaya əvvəlki səfərləri ciddi nəticə verməyib.

Bloomberg yazır ki, onların Rusiya Prezidenti Vladimir Putinlə son görüşündə də Kreml Ukraynada qarşıya qoyduğu hərbi məqsədlərdən imtina edəcəyinə dair heç bir siqnal verməyib.

Agentliyin Kremlin ətrafındakı mənbələrinə görə, Putin müharibəni yalnız öz şərtləri əsasında dayandırmağa hazırdır. Bildirilir ki, Moskvanın tələbləri getdikcə sərtləşir və Rusiya tərəfi Ukraynaya qarşı hərbi üstünlüyə malik olduğuna inanır.

Bloomberg Uitkoff və Kuşnerin səfərinin mümkün nəticələri ilə bağlı analitiklərin fikirlərinə də yer verib.

RAND Corporation-ın baş politoloqu Samuel Çarap səfərin vaxtında həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, hazırda qarşıdurmanın gərginliyi sürətlə artır və tərəflər özbaşına buraxılarsa, qarşılıqlı tələblər və risklər daha da yüksələ bilər.

Avropalı diplomat isə ABŞ nümayəndələrinin səfərlərinin ardıcıllığını şübhə altına alıb. Onun fikrincə, Uitkoff və Kuşnerin əvvəlcə Moskvaya, daha sonra Kiyevə səfər etməsi mübahisəlidir.

ABŞ-dakı Aİ səfiri Yovita Nelyupşene bildirib ki, diplomatiya işləyir və ilk növbədə müttəfiqlərlə ünsiyyətə üstünlük verilməlidir.

Diplomatın sözlərinə görə, Moskva hərbi məqsədlərindən geri çəkilməyib.

“Biz avropalılar üçün əsas prioritet dəyişməz olaraq qalır: Ukraynanın özünü müdafiəsi üçün ehtiyac duyduğu bütün vasitələrlə təmin edilməsi”, – deyə Nelyupşene vurğulayıb.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*