BMT borcu olan ölkələrin səsvermə hüququnu əlindən aldıbackend

BMT borcu olan ölkələrin səsvermə hüququnu əlindən aldı

Birləşmiş Millətlər Təşkilatına üzv olan yeddi ölkə – Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəmən təşkilata eləmək məcburiyyətində olduqları maddi yardımı vaxtında ödəmədikləri üçün müvəqətti olaraq müzakirələrdə səsvermə hüququndan məhrum ediliblər.

KONKRET.az xəbər verir ki, BMT nizamnaməsinin 19-cu maddəsinə görə, hər hansı bir ölkənin təşkilata olan borcu son iki ildəki ödəməsinin cəmindən çox olarsa, o, səsvermə hüququnu itirir.

Hazırda 193 üzvü olan təşkilatın 146 ölkəsi ötən il borcunu tam ödəsə də, 47 ölkə borcunu ödəyə bilməyib.

Maraqlıdır ki, BMT-yə ən çox maddi dəstək göstərən ABŞ-ın təşkilata hələ də 491 milyon dollar borcu var. Bununla belə BMT-nin 5.4 milyarddollarlıq ümumi büdcəsinin 22%-ni qarşılaşayan Birləşmiş Ştatlar ötən il təşkilata 563 milyon dollar ödəyib.

sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*