BMT İsraili işğal olunmuş Qolan təpələrini azad etməyə çağıran qətnamə qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Məlumata görə, sənədin lehinə 91 ölkə, əleyhinə isə 8 ölkə səs verib, daha 62 ölkə bitərəf qalıb.
Qeyd edək ki, Qolan təpələri təxminən 1800 kvadratmetr ərazini əhatə edir. Yüksəkliklər 1967-ci il müharibəsindən əvvəl Suriyanın bir hissəsi olub. Müharibə zamanı İsrail yüksəkliklərə nəzarəti ələ keçirdi və sonradan Qolanı qanuni olaraq yəhudi dövlətinə birləşdirən qanun qəbul etdi.
Ariz Həsənoğlu,
KONKRET.az
