Kosta-Rika diplomati və ölkənin keçmiş vitse-prezidenti Rebeka Qrinspan BMT-nin baş katibi postu uğrunda mübarizədə liderə çevrilib.
KONKRET.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının keçirdiyi ilk gizli ilkin səsvermədə Qrinspan 10 “lehinə”, 4 bitərəf (“fikri yoxdur”) və 1 “əleyhinə” səs toplayıb. Onun əsas rəqibi — Qayananın BMT-dəki sabiq səfiri Kerolin Rodriges-Berkett isə 9 “lehinə”, 2 “əleyhinə” və 4 bitərəf səs alıb. Seçki prosesinin oktyabr ayında yekunlaşacağı gözlənilir.
Qərb diplomatlardan biri bildirib ki, bəziləri Qrinspanı hazırkı baş katib Antoniu Quterteşin gizli dəstəyinə malik olan və onun xəttini davam etdirəcək namizəd kimi qiymətləndirirlər.
Xatırladaq ki, Antoniu Quterteş ikinci sədrliyi müddətini 2026-cı il dekabrın 31-də başa vuracaq. Mövcud qeyri-rəsmi regional rotasiya sisteminə əsasən, onun varisi Latın Amerikası nümayəndəsi olmalıdır. Rebeka Qrinspan seçiləcəyi təqdirdə, təşkilat tarixinin ilk qadın və ilk yəhudi baş katibi olacaq.
Natiq Səlim,
KONKRET.az
