BMT-nin baş katibi Rəfah keçid məntəqəsinə gələcəkbackend

BMT-nin baş katibi Rəfah keçid məntəqəsinə gələcək

BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 20-də Rəfah keçid məntəqəsinə gələcək.

KONKRET.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Telekanal bildirir ki, Quterreş nəzarət-buraxılış məntəqəsinə Misir tərəfdən yollanacaq.

Qeyd edək ki, BMT-nin baş katibi oktyabrın 19-da Qahirəyə səfər edəcək və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və Qəzza zolağına humanitar yardımın çatdırılması məsələsini müzakirə etmək niyyətindədirlər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*