BMT Orta Asiyada insan haqları sahəsində ən çox yayılan problemləri açıqladıbackend

BMT Orta Asiyada insan haqları sahəsində ən çox yayılan problemləri açıqladı

“Ayrı-seçkilik, zorakılıq, bərabərsizlik kimi bu və digər insan haqları pozuntularına hər yerdə rast gəlinir, lakin hər bölgənin öz xüsusiyyətləri var”.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, BMT-nin İnkişaf Proqramının ekspertləri Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün səciyyəvi olan altı problemi müəyyənləşdiriblər.

Vətəndaş cəmiyyəti üçün məkanın daralması

Vətəndaş cəmiyyəti təşkilatları üçün qeydiyyatdan keçmək, maliyyə dəstəyi almaq və ictimai həyatda iştirak etmək getdikcə çətinləşir. Hüquq müdafiəçiləri təhdid və zorakılıqla üzləşirlər. LGBT icmasının nümayəndələrinin, miqrant və qaçqınların hüquqlarını müdafiə edən, korrupsiyaya qarşı mübarizə aparan və ətraf mühiti qoruyan fəallar daim təhlükədədirlər. Bu insanlara qarşı cinayətlər çox vaxt cəzasız qalır.

Düşmənçilik nitqi və millətçilik

Düşməçilik nitqi və nifrət ritorikası cəmiyyəti parçalayıb. Məsələn, Balkanların qərbində barışıq prosesi dayanıb və hərbi cinayətlərdə günahkar olanlar məsuliyyətə cəlb edilmir. Orada təxminən 10 min insanın itkin düşdüyü bildirilir.

Məcburi köçkünlərin sayı artır

Rusiya, Türkiyə və Qazaxıstanda Orta Asiya ölkələrindən 5 milyon miqrant ayrı-seçkiliklə üzləşib. Onlar, bir qayda olaraq, lazımi hüquqi və sosial müdafiədən məhrumdurlar. Miqrantlar, qaçqınlar və məcburi köçkünlər hər yerdə yerli əhalinin düşmənçiliyi ilə üzləşir və bir çox hallarda hakimiyyətin dəstəyindən məhrumdurlar.

“Ənənəvi ailə dəyərlərinin” təbliği

Qondarma “ənənəvi ailə dəyərləri”nin təbliği çox vaxt qadınlara, uşaqlara, əlillərə, həmçinin cinsi və digər azlıqlara qarşı hədə-qorxu, ayrı-seçkilik və zorakılıq kampaniyasına səbəb olur. Bir çox hallarda ölkələrdə bu kateqoriyalı insanları qorumaq üçün qanuni bir baza yoxdur, amma mövcud olduqları yerlərdə də qanunlara çox vaxt hörmət edilmir. Cinayətkarlar ənənəvi dəyərlərin arxasında gizlənə bilər, məsələn, Qırğızıstanda “Burulay işi” kimi tanınan qaçırılan gəlinin öldürülməsi hadisəsində olduğu kimi.

Gender bərabərsizliyi

Qadınlara qarşı ayrı-seçkilik və onlardan sui-istifadə edilir, hökumətdə təmsil olunmurlar. Şərqi Avropa və Mərkəzi Asiya qadını üçün ən təhlükəli yer onun öz evi olaraq qalır, çünki əksər hallarda qatil ailəsinin üzvüdür.

Bölgədəki işçi qüvvəsinin təxminən yarısını qadınların təşkil etməsinə baxmayaraq, onlar kişilərə nisbətən 30 faiz az qazanırlar. Məsələn, Türkiyədə 15 yaşdan 64 yaşa qədər qadınların yalnız 29 faizi işləyir, Qazaxıstanda isə bu göstərici 78 faizdir. Qadınlar bölgədəki bütün şirkətlərin yalnız 20 faizində rəhbər mövqe tuturlar.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Əlillərin marginasiyası

Bölgədə əlilliyi olan insanlar əhalinin ən müdafiəsiz təbəqələrindəndir. Onların ümumi sayı 16.5 milyona çatıb. Əlil insanlar çox vaxt təhsil almaq və müalicə almaq imkanlarına malik deyillər, ictimai həyata cəlb olunmurlar, özlərini sabit gəlirlə təmin edə bilmirlər. Məsələn, Ermənistan və Qırğızıstanda əlillər arasında işsizlik 90 faizdir. Nəticədə, onların bir çoxu yoxsulluq içində yaşayır və tamamilə yardıma bağlıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*