BNA-dan aeroport yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMAbackend

BNA-dan aeroport yolunda baş vermiş qəza ilə bağlı AÇIQLAMA

Hava limanı-Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 TG 103 Dövlət Qeydiyyat Nişanlı avtobus qarşısında hərəkət edən mersedes markali minik avtomobili ilə toqquşub. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb.

Qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat isə həqiqəti əks etdirmir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*