BNA-dan daim narazı deputat: “Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum!”backend

BNA-dan daim narazı deputat: "Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum!"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sərəncamı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

KONKRET.az xəbər verir ki, BNA-nı daim tənqid edən millət vəkili Rüfət Quliyev Qaynarinfo.az-a açıqlamasında sərəncamı belə qarşılayıb:

“Sərəncamdan xəbərim yoxdur. Zarafat edirsiz? Oy nə gözəl, nə gözəl! Prezidentə qurban olum, onun boyuna qurban olum. Xeyir xəbər olasan”.

Rufət Quliyev bildirib ki, BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə tam doğru addımdır:

“Mən bu qurumun fəaliyyətindən daim narazı olmuşam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*