Məşhur Hollivud aktyoru Alek Bolduinə “Rust” filminin çəkiliş meydançasında operator Qalina Hatçinsin təsadüfən güllələnməsi ilə bağlı yeni iddia qaldırılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, güllələnən 42 yaşlı qadının həyat yoldaşı Bolduin və heyətin təhlükəsizliyinə cavabdeh olan digər şəxsləri məhkəməyə verib.
Ailənin vəkili aktyoru qəsdən dolu olan silahla atəş açmaqda günahlandırıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında “Rust” filminin çəkilişi zamanı amerikalı aktyor Alek Bolduin boş patronlarla doldurulmalı olan tapançadan atəş açmışdı. Təsadüfən tapançanın döyüş güllələri ilə doldurulması nəticəsində operator Qalina Hatçins həlak olmuş, rejissor Coel Sousa isə yaralanmışdı.
