Bolqarıstanda keçirilən seçkilərdə GERB partiyası qalib gəldibackend

Bolqarıstanda keçirilən seçkilərdə GERB partiyası qalib gəldi

Bolqarıstanın keçmiş baş naziri Boyko Borisovun partiyası GERB növbədənkənar parlament seçkilərində liderdir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) siyasi partiyası “Demokratik Qüvvələr İttifaqı” (SDS) ilə koalisiyada qalib gəlib. Partiya koalisiyada səslərin 80%-ni hesabladıqdan sonra 25,61% toplayıb.

Məlumata görə, istefa vermiş baş nazir Kiril Petkovun “Dəyişikliklərə davam” partiyası 20,42% səs toplayıb.

Hüquq və Azadlıqlar Hərəkatı 12,85%, İntibah 10,32%, Bolqarıstan Sosialist Partiyası 9,39%, Demokratik Bolqarıstan 7,55% səs qazanıb. Qalanları isə dörd faizlik həddi aşa bilməyib.

Qeyd edək ki, 2021-ci ildə Bolqarıstanda üç dəfə parlament seçkiləri keçirilib. Dekabrda Kiril Petkov Baş nazir olub. 2022-ci ilin yayında onun hökumətinə etimadsızlıq səsverməsi elan edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*