Böyük Britaniya Ukraynaya M270 raket sistemi göndərirbackend

Böyük Britaniya Ukraynaya M270 raket sistemi göndərir

Rusiyanın Qərbi təhdid etməsinə baxmayaraq, Britaniya ilk uzaqmənzilli raketləri Ukraynaya göndərəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə naziri Ben Uolles deyib.

O bildirib ki, “M270” reaktiv yaylım atəşi sistemi Ukraynaya özünü Rusiyadan müdafiə etmək üçün verilib.

Böyük Britaniya hökuməti neçə silah göndəriləcəyini təsdiqləməyib, lakin BBC-dəki xəbərə görə, ilkin olaraq üç silah göndəriləcək.

Böyük Britaniya hökuməti bildirib ki, Ukrayna hərbçilərinə qarşıdakı həftələrdə Böyük Britaniyada buraxılış qurğularından istifadə qaydaları öyrədiləcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*