Britaniya hökuməti bu yaxınlarda Ukraynaya “Storm Shadow” qanadlı raketlərinin əlavə partiyasını çatdırıb.
KONKRET.az Bloomberg -ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın baş naziri Keir Starmerin dövründə həyata keçirilən ilk silah partiyasıdır. Mənbə bildirir ki, yeni tədarükün səbəbi Kiyevin uzaqmənzilli raketlərinin tükənməsidir. Bloomberg xatırladır ki, Braziliyada keçirilən G20 sammitində Starmer hökumətinin Ukraynaya dəstəyi “ikiqat artırdığını” açıqlasa da, detallar barədə danışmamışdı. Hələlilk London münaqişə zamanı Kiyevə nə qədər “Storm Shadow” raketi göndərdiyini açıqlamayıb.
Vəli Həsənoğlu,
KONKRET.az