Böyük Əhməd Cavadın Şəmkirdəki evi xarabalığı xatırladır – FOTOLARbackend

Böyük Əhməd Cavadın Şəmkirdəki evi xarabalığı xatırladır - FOTOLAR

Görkəmli ədib və dramaturq Əhməd Cavadın və onun ömür-gün yoldaşı Şükriyyə xanımın yaşadığı Şəmkir rayon Seyfəli kəndindəki evi baxımsızlıqdan acınacaqlı vəziyyətə düşüb.

KONKRET.az xəbər verir ki, bir vaxtlar bu əvəzolunmaz şəxsiyyətin yaşayıb-yaratdığı ev indi sanki xarabalığı xatırladır. Şəmkir rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər aidiyyatı qurumların biganəliyi böyük dramaturqun bizə miras qalan ocağının tüstüsünü söndürüb desək, pafoslu danışmış olmarıq.

Ümid edirik ki, aidiyyatı qurumlar heç olmasa bu yazıdan sonra məsələyə reaksiya verərək, dahi ədibin evini təmir edərək , ev muzeyinə çevirəcəklər ki, gələcək nəsillərə yadigar qalsın.

Qeyd edək ki, Əhməd Cavad və Şükriyyə xanımın bu evdə beş övladı dünyaya gəlib. Məhz bu ocaqda “Susmaram”, “Çırpınırdı Qara dəniz” kimi möhtəşəm əsərlər yazılıb. Dahi ədibin xarabalığı xatırladan evinin fotolarını təqdim edirik:

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*