Brayantın həyat yoldaşının bu paylaşımı rekorda imza atdı - FOTO
406
Əfsanəvi amerikalı basketbolçu Kobi Brayantın həyat yoldaşı Vanessa Brayantın əri və 13 yaşlı qızı Cannanın faciəvi ölümünə həsr olunmuş paylaşımı bir gün ərzində doqquz milyon bəyənmə toplayıb.
KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, faciə yanvarın 26-da baş verib. İdmançı qızı ilə birlikdə xüsusi vertolyotun göyərtəsində qəzaya uğrayıb. Pilot da daxil olmaqla, doqquz nəfər də həlak olub.
Bir neçə gün ərzində basketbolçunun xanımı vertolyotun qəzaya uğramasından danışmadan səssiz qalıb. Bu müddət ərzində o, “İnstagram” profilində səkkiz milyon abunəçi əldə edib.
Faciəyə həsr olunmuş paylaşımda qadın onu dəstəkləyənlərə minnətdarlıq edib, həmçinin öz emosiyalarını yazıb.