Braziliya hökuməti keçmiş prezidenti zorla ölkəyə qaytarmağa çalışırbackend

Braziliya hökuməti keçmiş prezidenti zorla ölkəyə qaytarmağa çalışır

Braziliya Prezidenti Luis İnasiu Lula da Silvanın administrasiyası hazırda ABŞ-da olan keçmiş prezident Jair Bolsonaronu martın sonuna qədər zorla geri qaytarmağa çalışır.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hazırkı prezidentin administrasiyası Bolsonaronun yaxın bir neçə ay ərzində Braziliya məhkəməsi qarşısına çıxmasını istəyir.

O bildirib ki, onun ölkəyə qayıtdıqdan sonra həbs olunacağı ehtimalı azdır.

Qeyd edək ki, bundan əvvəl Braziliyanın Federal Ali Məhkəməsi keçmiş prezidenti paytaxtda törədilən soyğunçuluq işi üzrə müttəhimlər sırasına daxil edib.

Agentliyin məlumatına görə, Bolsonaronun günahı sübuta yetirilərsə, o, növbəti seçkilərdə prezidentliyə namizəd olmaq hüququnu itirə bilər.

Xatırladaq ki, yanvarın 8-də Bolsonaronun prezident seçkilərində məğlubiyyəti ilə razılaşmayan tərəfdarları polislə toqquşaraq Milli Konqresin (parlament), prezident sarayının və Federal Ali Məhkəmənin binalarına soxulublar.

İlkin hesablamalara görə, iğtişaşlarda 5 minə yaxın insan iştirak edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*