Britaniya həbsxanalarında yer yoxdur: Məhbusları nə gözləyir?backend

Britaniya həbsxanalarında yer yoxdur: Məhbusları nə gözləyir?

Böyük Britaniya hökuməti ölkənin şimalındakı həbsxanalarda boş yerlərin olmaması səbəbindən məhkumların yerləşdirilməsi üçün polis bölmələrində 400 müvəqqəti saxlama kamerasından istifadə etməyi təklif edib.

KONKRET.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Böyük Britaniya ədliyyə nazirinin müavini Damian Hinds bildirib ki, son iki ayda krallıqda məhbusların sayı 800 nəfər artıb.

“Tarixdə ilk dəfədir ki, biz bu qədər kəskin artımla qarşılaşırıq”, – o əlavə edib.

Qurum rəsmisi problemin yalnız kişi həbsxanalarında olduğunu bildirib.

O, mövcud vəziyyətin səbəblərindən biri kimi bu yay keçirilən vəkillərin tətilini göstərib. Bu, məhkəmə proseslərinin yubanmasına və həddən artıq yüklənməsinə səbəb olub.

Qeyd edək ki, Britaniyada məhkumların yerləşdirilməsi üçün yeni islah müəssisələri tikilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*