Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib”?backend

Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib”?

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib.

KONKRET.az xitab24.az- istinadla xəbər verir ki, o, vurulmuş zərərin ona aid olan hissədə 70 000 000 manatdan çox vəsaiti dövlət büdcəsinə ödədiyini bildirib.

Naxçıvan MR Ali Məhkəməsi Hicran Rüstəmovun müraciətini təmin etməyərək, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Həmin hökmə əsasən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən sabiq komitə sədri 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona 4 il 6 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub.

Xitab24.az Hicran Rüstəmovun iştirak etdiyi mənimsəmənin detallarını da əldə edib.

O, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talayıb.

Söhbət ümumilikdə 245.126.590,00 milyon dövlət vəsaitindən gedir! Hicran Rüstəmov bu mənimsəməyə vəzifədə olduğu cəmi 4 il ərzində “nail olub”.

Siyahı çox geniş olduğundan, sadəcə, yüksək məbləğ təşkil edən talama cinayətlərini qeyd edirik:

1) Culfa-Ordubad avtomobil yolunda həyata keçirilən tikinti işlərinə görə dövlət büdcəsindən ayrılmış 64.524.656,0 manat pul vəsaitindən 22.296.465,0 manat,

2) Naxçıvan-Culfa-Ordubad yolunda dəmir yol körpüsünün tikintisinə görə ayrılmış 924.574,0 manat pul vəsaitindən 806.861,0 manat,

3) Naxçıvan-Şərur avtomobil yolunda asfalt işlərinə görə ayrılmış 1.550.000,0 manat pul vəsaitindən 1.550.000.0 manat,

4) Naxçıvan şəhər Məscidinin tikintisinə görə ayrılmış 24.718.962,0 manat pul vəsaitindən 3.627.950,0 manat,

5) Naxçıvan şəhəri, Təbriz mehmanxanasının ətrafında abadlıq işlərinə görə ayrılmış 723.482,0 manat pul vəsaitindən 723.482,0 manat,

6) Süni mayalanma mərkəzinin tikintisinə görə ayrılmış 5.795.339,0 manat pul vəsaitindən 2.243.145,0 manat,

7) Sədərək gömrük keçid məntəqəsinin tikintisinə görə ayrılmış 48.782.010,0 manat pul vəsaitindən 14.654.206,0 manat,

8) Naxçıvan şəhəri, Əlincə məhəlləsi, A saylı binanın təmirinə görə ayrılmış 719.098,0 manat pul vəsaitindən 217.351,0 manat,

9) Kəngərli rayonu, Qarabağlar kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 5.074.317,0 manat pul vəsaitindən 2.134.778,0 manat,

10) Kəngərli rayonu, Xok kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 3.253.102,0 manat pul vəsaitindən 1.571.147,0 manat,

11) Naxçıvan şəhər Adil Babayev adına Uşaq Kitabxanası binasının tikintisinə görə ayrılmış 1.933.326,0 pul vəsaitindən 376.425,0 manat,

12) Yeni Havuş və Xətai kəndlərində 120 şagirdlik məktəb binasının tikinti-quraşdırma işlərinə görə ayrılmış 1.279.371 manat pul vəsaitindən 329.754 manat,

13) Şərur rayonu, Həmzəli-Axura avtomobil yolunun yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.765.757 manat pul vəsaitindən 137.174 manat,

14) Babək rayonu, Vayxır kəndində 378 şagirdlik tam orta məktəb binasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.718.595 manat pul vəsaitindən 127.208 manat,

15) Sirab kəndində 960 şagirdlik məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 3.948.523 manat pul vəsaitindən 462.451 manat,

16) Kəngərli rayonunun Xok kəndində 1022 şagirdlik tam orta məktəb binasında təmir işlərinin görülməsinə görə ayrılmış 3.437.805 manat pul vəsaitindən 456.418 manat,

17) Kəngərli rayonunun Qabıllı kəndində Quşçuluq Fermasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 2.916.712 manat pul vəsaitindən 261.584 manat,

18) Dizə kəndində 216 şagirdlik tam orta məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.463.269 manat pul vəsaitindən 371.846 manat,

19) Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.213.591 manat pul vəsaitindən 112.138 manat,

20) Culfa rayon Rabitə evinin yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.453.742 manat pul vəsaitindən 339.394 manat və s.

Bundan başqa, Hicran Rüstəmov dövlət qulluqçusu olmayan şəxslərə qanunsuz olaraq əmək haqqı, mükafat, maddi yardım və digər əlavə müavinətlərin əsassız və qanunsuz olaraq ödənilməsini təmin etməklə dövlət büdcəsinə məxsus, ona etibar edilmiş külli miqdar hesab edilən 125.387,68 manat vəsaiti də təkrar talayıb.

Qeyd edək ki, sözügedən cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb.

Onu da əlavə edək ki, Hicran Rüstəmov vəzifəyə Ali Məclisin sabiq sədri Vasif Talıbiv tərəfindən təyin edilmişdi. Vasif Talıbovun vəzifədən ayrılmasından sonra mənimsəmə ittihamı ilə həbs edilən bir sıra məmurlar məhkəmə poroseslərində taladıqları vəsaitləri Talıbovlar ailəsinə – xüsusən də Seymur Talıbova verdiklərini ifadələrində bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*