Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirərək daha iki şirkət və 5 qaz daşıyıcısını əlavə edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında dərc olunub.
İdarəetmə şirkətləri “Ocean Speedstar” və “White Fox Ship Management FZCO” sanksiyaya məruz qalıb. Böyük Britaniya məhdudiyyətlərinə məruz qalan gəmilərə “Asya Energy”, “Pioneer”, “North Sky”, “SCF La Perouse” və “Nova Energy” daxildir.
Bildirilib ki, qeyd olunan şirkətlər rəsmi Moskvanın enerji sənayəsinə dəstək verir.
Sanksiyaya görə, rus gəmilərinin Britaniya limanlarına girişi qadağan edilib və Böyük Britaniya şirkətləri artıq onlara xidmət göstərə bilməz.
Rusiya isə Qərbin qadağalarını qeyri-qanuni hesab etdiyini açıqlayıb.
Məlik,
KONKRET.az