Britaniya kəşfiyyatı 37 min maaşla İŞÇİ AXTARIRbackend

Britaniya kəşfiyyatı 37 min maaşla İŞÇİ AXTARIR

Britaniya kəşfiyyatı MI5-in dərc etdiyi iş elanı sosial mediada gündəm olub.

KONKRET.az Haberler.com-a istinadən xəbər verir ki, Britaniya kəşfiyyat xidməti gələcək “Ceyms Bond” namizədləri üçün iş elanı dərc edib.

Belə ki, yayımlanan elanda axtarılan şəxsin artıq çəkili olması tələb olunur.

Milli təhlükəsizliyə təhdid yaradan şübhəliləri izləmək vəzifəsi veriləcək agentlərə ildə 37 min 757 funtsterlinq (təxminən 73 min manat) maaş veriləcək.

Bildirilir ki, Britaniyanın paytaxtı Londonda patrul xidməti həyata keçirəcək, terrorla mübarizəyə töhfə verəcək namizədlərin ən yüksək bədən kütləsi indeksi 30 olmalıdır.

Qeyd edək ki, Britaniyanın rəsmi qurumlarında bədən kütləsi indeksi 25-30 arasında olanlar artıq çəkili hesab olunur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*