Britaniya kəşfiyyatı: “Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas məqsədidir”backend

Britaniya kəşfiyyatı: "Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas məqsədidir"

Ağır logistika problemləri və ukraynalıların güclü müqaviməti səbəbi ilə Rusiyanın hücumunun sürəti azalıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Mazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas hərbi məqsədi olaraq qalır.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Rusiya Ordusu əhalinin məskunlaşdığı əsas mərkəzlərdən yan keçərək onların mühasirəyə alınaraq təcrid edilməsi məqsədi ilə geridə hərbi qüvvələr qoyur.

“Kiyevdə gecə baş verəcək döyüşlərdə əvvəlcədən mövqeləndirilmiş məhdud sayda Rusiya təxribat qruplarının da iştirak edəcəyi ehtimal edilir”, – deyə əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*