Britaniya “M270 MLRS”nin yeni partiyasını Ukraynaya çatdırdıbackend

Britaniya "M270 MLRS"nin yeni partiyasını Ukraynaya çatdırdı

Böyük Britaniya “M270 MLRS” silahlarının yeni partiyasını Ukraynaya təhvil verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviter səhifəsində yazıb.

Reznikov Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə təşəkkür edib.

O qeyd edib ki, Ukrayna silahlı qüvvələri döyüş meydanında bu yardımdan məharətlə istifadə edəcək.

Ben Uolles bildirib ki, Britaniya Ukraynaya daha üç “M270 MLRS” və “M31A1” idarə olunan raketləri verəcək.

Qeyd edək ki, Ukrayna ABŞ-dan 16 “HIMARS MLRS” sistemi alıb. Britaniyadan gətirilən “M270” sistemləri “HIMARS”ın analoqudur.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*