Britaniya mətbuatı: Priqojinin media holdinqi işini bərpa etməyə hazırlaşırbackend

Britaniya mətbuatı: Priqojinin media holdinqi işini bərpa etməyə hazırlaşır

Rusiyada silahlı üsyana cəhd edən “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin “Patriot” media holdinqi fəaliyyətini bərpa edə bilər.

KONKRET.az xəbər verir ki, Britaniya mətbuatı bu barədə Yevgeni Priqojinə yaxın şəxslərə istinadən məlumat yayıb.

Xəbəri “Patriot” media holdinqin tərkibinə daxil olan “Nevskiye Novosti” nəşrinin baş redaktoru Andrey Krasnobaev də təsdiq edib.

Qeyd edək ki, iyun ayının 29-da “Vaqner”in təsisçisinin media aktivlərinin mümkün satışı barədə məlumat yayılmışdı. Bir gün sonra isə “Roskomnadzor” “Patriot” mediaya daxil olan xəbər resurlarını bloklamağa başlayıb və qadağan olunmuş saytların reyestrinə daxil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*