Britaniyalı nazir Azərbaycana gəldi – FOTObackend

Britaniyalı nazir Azərbaycana gəldi - FOTO

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.

KONKRET.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.

“Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşdük. Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi müzakirə etdik”, – o bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*