Britaniyanın “Sun” nəşri məqaləsində Rusiyanın Ukraynaya hücum vaxtını dəyişdirdibackend

Britaniyanın "Sun" nəşri məqaləsində Rusiyanın Ukraynaya hücum vaxtını dəyişdirdi

Britaniyanın “Sun” tabloidi Rusiyanın Ukraynanı “işğal” vaxtını göstərən məqaləsini redaktə edib.

KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, dünən Britaniyanın “Sun” tabloidi ABŞ kəşfiyyatının məlumatlarına istinadən Rusiyanın Ukraynanı “işğalının” dəqiq vaxtını göstərən məqalə dərc etmişdi. Lakin bu gün “proqnozlarının” səhv çıxdığına görə məqaləni redaktə etməli olublar.

Dəyişiklik edilmiş mətndə “Ukraynanın işğalı”nın dəqiq vaxtını (Moskva vaxtı ilə 03.00) müəlliflər “istənilən vaxt” başlaya biləcəyi ilə əvəz ediblər. Tabloid qalan kəşfiyyat məlumatlarını olduğu kimi saxlayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*