“Brüssel bizim ağamız deyil” – Macarıstanın baş nazirindən Qərbə SƏRT XƏBƏRDARLIQbackend

“Brüssel bizim ağamız deyil” – Macarıstanın baş nazirindən Qərbə SƏRT XƏBƏRDARLIQ

“Brüssel bizim ağamız deyil”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban fikir səsləndirib.

O qeyd edib ki, Avropa İttifaqı təkcə Brüssellə məhdudlaşmır. “Bu, çox vacib məsələdir. Mən digər avropa ölkələri ilə mübahisə etmək istəmirəm. Amma ümumavropa məsələlərinin həllində öz fikirlərimiz var. Ona görə də hər bir qərarda iştirak edirik və həmişə öz fikrimizi bildiririk. Razılaşmadığımız mövqe ortaya çıxarsa, bunu bəyan edirik”.

“Brüssel bizim ağamız deyil. Biz müstəqil suveren Macarıstan xalqıyıq. Birgə qərarlarda iştirak edirik. Əgər həmin qərarlar bizə uyğun gəlmirsə,  bu zaman ortaq qərar qəbul olunmayacaq”, – deyə Orban fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*