Bakıda icra başçıları bayram günü işə çağırıldı – Paytaxtda vəziyyət necədir?backend

Bakıda icra başçıları bayram günü işə çağırıldı - Paytaxtda vəziyyət necədir?

Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan yağış kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.

Məlumata görə, subasma müşahidə olunan ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.

Aidiyyəti qurumlar tərəfindən yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

  • Bozkurt
    Mart 27, 2026 - 20:54

    İcra başçılarının çox elə veclərinədi, mən oturmuşam evdə yağış yağır, evimə su damır, icra başçıları, dövlət bundan xəbərsizdir, Hər yerdə söküntü işləri gedir, niyə Sabunçu ilə maraqlanmırlar evlər su altındadır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*