“Bu biabırçı vəziyyətdə biz sabah Ermənistan ordusunun yaradılmasının 30 illiyini qeyd edəcəyik”.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Artur Qazinyan öz Facebook səhifəsində yazıb.
Sabah erməni ordusunun yaradılmasının 30 illiyi təntənəli şəkildə qeyd olunmalı idi. Lakin kütləvi surətdə koronavirusa yoluxma səbəbindən tədbir təxirə salınıb.
“Ermənistan yəqin ki, dünyada ilk və yeganə ölkədir ki, onun silahlı qüvvələrinin Baş Qərargah rəisi xüsusilə ağır cinayətdə ittiham olunur və artıq iki aydır ki, Ermənistan silahlı qüvvələrinə təqsirləndirilən şəxs statusunda rəhbərlik edir.
Ermənistan Konstitusiyasının 14.1-ci maddəsinə əsasən, Ermənistan silahlı qüvvələri Ermənistanın mühafizəsini, təhlükəsizliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edir.
Və bu biabırçı vəziyyətdə biz sabah ordumuzun yaradılmasının 30 illiyini qeyd edəcəyik”, – deyə deputat yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
