Bu bürclərə XƏBƏRDARLIQ: Martda sizi elə hadisələr gözləyir ki…backend

Bu bürclərə XƏBƏRDARLIQ: Martda sizi elə hadisələr gözləyir ki...

“Fevral ayında başlayan tutulmalar sinir sistemimizi və fiziki rifahımızı sınayaraq, martın 3-də Qız bürcündə çətin bir Ay tutulması ilə yekunlaşır”.

Medicina.az - Nəyə görə Azərbaycan ərazisi qartal formasındadır? - Məşhur  astroloq sirri AÇDI

Bu fikiri KONKRET.az-a açıqlamasında astroloq Gülarə Səmədova səsləndirib.

Astroloqun sözlərinə görə, fevral, qarşısıalınmaz enerjisi ilə çətin seçim təqdim etdi və martın 3-də Ay tutulması bizi yavaşlamağa, gündəlik işlərə və sağlamlığımıza diqqət yetirməyə məcbur edir.

“Qız bürcündə Ay tutulması bizi şübhəli və xırda, seçici və təlaşlı edə bilər. Təhqir etməkdən və ya incitməkdən, müzakirə və ya mübahisədən çəkinin. Özünüzə, gündəlik işinizə diqqət yetirməyə və ya neqativlərdən təmizlənməyə çalışın”, — deyə astroloq vurğulayıb.

“Zəhərlənmə və həzm pozğunluğu riski yüksək olduğu üçün həddindən artıq yeməkdən çəkinin. Ramazanda düzgün qidalanaraq rejimə düşmək lazımdır. Həmçinin, yaxınlarınızı incitməmək vacibdir. Fədakarlıq, xeyriyyəçilik və könüllülük sizə yeni inkişaf səviyyəsinə çatmağınıza kömək edəcək”.

Astroloq Ay tutulmasından təsirlənən bürclərdən bəhs edib:

“Qoç – işdə münaqişələrdən qaçın və diqqətinizi sağlamlığınıza diqqət yetirin.

Şir – həddindən artıq xərcləməyin, amma gözlənilməz xərclərə də hazır olun.

Oxatan – tərəddüd etməyin, rəhbərlərinizlə münaqişəyə girməyin.

Buğa – uşaqlarınızın və yaxınlarınızın problemlərinə fikir verin

Qız – özünüzü sevin və tənqid etməyin

Oğlaq – səyahətləri təxirə salın, təlaşa düşməyin

Əkizlər – qocalara kömək edin və valideynlərinizə qayğı göstərin.

Tərəzi – bir az dincəlin, sağlamlığınız prioritetinizdir.

Dolça -riskə getməyin, özünüzə diqqət yetirin.

Xərçəng – yaxınlarınızla mübahisələrdən çəkinin və diqqətinizi dərslərinizə yönəldin.

Əqrəb – ambisiyalarınızı cilovlayın və dostlarınızı atmayın.

Balıqlar – ortaqlıqlara qapılmayın, məyusluqlar mümkündür.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*