Liviya Ukraynadan BMT Təhlükəsizlik Şurasına şikayət edibbackend

Liviya Ukraynadan BMT Təhlükəsizlik Şurasına şikayət edib

Liviya Ukrayna Silahlı Qüvvələrinin Benqazi limanına endirdiyi zərbədən sonra BMT-yə və təşkilatın Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb. Tripoli, həmçinin Kiyevdən dəymiş ziyana görə kompensasiya tələb etmək niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Liviya parlamenti tərəfindən təsdiqlənmiş hökumətin xarici işlər naziri Əbdülhadi əl-Xuveydcə bildirib ki, ölkə hökuməti Benqazi limanına endirilən zərbələri qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, hücumun nəticələri təkcə ölkənin suverenliyinin pozulması ilə məhdudlaşmayıb, eyni zamanda dəniz təhlükəsizliyi üçün də ciddi təhdid yaradıb.

Nazir qeyd edib ki, Baş nazir Üsamə Həmmad artıq BMT-yə və Təhlükəsizlik Şurasına rəsmi şikayət göndərib.

Xatırladaq ki, noyabrın 22-də Ukraynaya məxsus pilotsuz uçuş aparatları Liviyanın Benqazi limanına hücum edib. Nəticədə Rusiyanın “Merkuri” korveti yanaraq batıb.

Daha sonra Liviya Prezident Şurası sədrinin müavini Musa əl-Kuni hücuma görə məsuliyyəti üzərinə götürən Ukraynanın bu addımını Liviya dövlətinə müharibə elan edilməsinə bərabər qiymətləndirib.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*