Bu, bütün jurnalistlər üçün faciədir – Rafael Hüseynovbackend

Bu, bütün jurnalistlər üçün faciədir - Rafael Hüseynov

Rusiya Jurnalistlər İttifaqı Azərbaycanda jurnalistlərin minaya düşərək həlak olması ilə əlaqədar səmimi-qəlbdən başsağlığı verir.

KONKRET.az xəbər verir ki, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov bu sözləri AzərTac-a söyləyib. O qeyd edib ki, hər bir jurnalistin həlak olması bütün jurnalistlər birliyi üçün faciədir.

Rafael Hüseynov deyib ki, azərbaycanlı jurnalistlər vəzifə borclarını yerinə yetirərkən həlak olublar. Onlar işğaldan azad olunmuş ərazilərdə mina terrorunun qurbanı olublar.

Dövlətlərin ərazi bütövlüyünə riayət edilməsinin vacibliyini xüsusi vurğulayaraq deyib: “Ümidvarıq ki, Qarabağda tam və qəti sülh tezliklə bərqərar olacaq. Bunun üçün Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış konkret Bəyanat var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*