Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Müraciətdə bildirilir ki, hazırda kəskin respirator virus infeksiyaların mövsümü artımı dövründəyik: “Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən isə xüsusi laborator müayinələrsiz mümkün deyil.
Buna görə bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə evdə qalmalı, özünü təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir”.
